top
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 17:32
- ↺ +

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq, ilk növbədə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı bu ilin iyulunda dövlətimizin başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlandı. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunuldu.

Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulandı, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olundu.

Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 17:33

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Yerli xəbərlər
Bu gün, 16:25

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 16:18

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib

Xarici xəbərlər
Bu gün, 16:01

İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 15:19

Bakıdakı insidentin şok detalları: Sevgilisini başqa qadınla tutubmuş - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 13:53

Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil

Xarici xəbərlər
Bu gün, 12:27

Gürcüstanda keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb

Yerli xəbərlər
Bu gün, 10:27

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib - FOTO

Xarici xəbərlər
Bu gün, 10:01

Robert Pattinson Ceyms Bond roluna təsdiqləndi

Xarici xəbərlər
Bu gün, 08:51

Monqolustan Prezidenti istefa verib

Yerli xəbərlər
Bu gün, 08:19

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Xarici xəbərlər
Dünən, 17:43

Pakistanın sabiq baş naziri İmran Xan səhhətinin kritik vəziyyətdə olduğunu açıqlayıb

Yerli xəbərlər
Dünən, 17:35

Hikmət Babaoğlu: "Mediaya ayrılan pul çox azdır"

Yerli xəbərlər
Dünən, 16:40

Deputat rus dilində təhsilin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılmasını təklif edib

Yerli xəbərlər
Dünən, 16:31

Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:19

Binəqədidə restorandakı yanğın söndürülüb - Yenilənib - VİDEO

Yerli xəbərlər
Dünən, 16:05

Hikmət Hacıyev: "NATO ilə tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır"

Yerli xəbərlər
Dünən, 15:26

Gecə saaatlarında siğınacağa qayıtdı - gözü yolda olan övladının sevinci... - VİDEO

Yerli xəbərlər
Dünən, 14:50

Bakıda 537 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Yerli xəbərlər
Dünən, 14:13

Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub

Yerli xəbərlər
Dünən, 13:40

Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam

Yerli xəbərlər
Dünən, 12:55

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

Oxşar xəbərlər