Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə İnsanoid.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
15:20
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb.
Bu barədə İnsanoid.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə yanan obyektin restoran olduğu bildirilir.