Ötən gün Ağstafadan Bakıya hərəkət edən qatarın 1,5 saat gecikməsi sərnişinlərin narazılığına səbəb olub.
İnsanoid.com xəbər verir ki , bu gecikmə hətta sosial şəbəkələrdə müzakirə olunub. Sərnişinlərdən biri qatarın saat 21:43-də Bakıda olmalı olduğu halda saat 22:35-də hələ Biləcəriyə çatmadığını qeyd edib.
Məlumata görə, gecikmənin səbəbi və qatarın paytaxta nə vaxt çatacağı barədə sərnişinlərə heç bir məlumat verilməyib.
Sərnişin yaranmış vəziyyəti məsuliyyətsizlik kimi qiymətləndirərək, insanların vaxtına hörmət edilmədiyini vurğulayıb.