top
Prezident Dövlət satınalmaları haqqında qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb
Bu gün, 12:15
- ↺ +

Prezident "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 23-də qəbul etdiyi, Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyənləşdirilməsini, satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini təsdiqləyib.

Bununla bağlı dövlət başçısı "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Təklif olunan dəyişikliklərin əsas məqsədi adıçəkilən qanunun 3.2.8-1-ci altmaddəsində sadalanan hüquqi şəxslərin müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaları qanunun tətbiq dairəsindən çıxarmaqdır.

Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.

Qanunun 3.2.8-ci maddəsinə təklif edilən dəyişikliklə 3.2.8-1-ci maddədə nəzərdə tutulan hüquqi şəxslərin 3.2.8-ci maddənin əhatəsindən istisna edilməsi və onların ayrıca kateqoriya kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Bununla yanaşı, 3.2.8-1-ci maddədə nəzərdə tutulan satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar bu elektronlaşdırma tələbindən istisna edilir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:26

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib - VİDEO

Yerli xəbərlər
Bu gün, 11:59

Ağstafa-Bakı qatarı 1,5 saat gecikib: Sərnişinlər məlumat verilməməsindən narazıdırlar

Yerli xəbərlər
Bu gün, 11:14

Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb - Faktiki hava

Yerli xəbərlər
Bu gün, 09:00

Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib

Xarici xəbərlər
14 noyabr 2026, 17:54

Cemre Baysel "Beşiktaş"ın futbolçusu ilə münasibətini təsdiqlədi

Yerli xəbərlər
14 noyabr 2026, 17:44

Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib

Xarici xəbərlər
14 noyabr 2026, 16:50

Hollivud filmlərində çəkilən azərbaycanlı model: Gülsara Rzayeva haqqında nə bilirik?

Yerli xəbərlər
14 noyabr 2026, 12:46

Sabah Bakıda yağış yağacaq

Yerli xəbərlər
14 noyabr 2026, 12:32

Dostunun toyuna gedən qazi Naxçıvanda faciəli şəkildə öldü - VİDEO

Yerli xəbərlər
14 noyabr 2026, 11:20

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ

Yerli xəbərlər
14 noyabr 2026, 11:07

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Yerli xəbərlər
14 noyabr 2026, 11:03

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Yerli xəbərlər
14 noyabr 2026, 11:01

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO

Xarici xəbərlər
14 noyabr 2026, 10:07

Alyaskada 1998-ci ildən bəri ilk dəfə Demokrat qubernator seçilib

Yerli xəbərlər
14 noyabr 2026, 09:34

Füzulidə AĞIR QƏZA: 3 ölü, 4 yaralı var

Yerli xəbərlər
14 noyabr 2026, 09:16

Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var

Yerli xəbərlər
13 noyabr 2026, 18:47

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Yerli xəbərlər
13 noyabr 2026, 17:52

"Meydan" TV işi üzrə həbsdə olan jurnalist əməliyyat olunub

Xarici xəbərlər
13 noyabr 2026, 17:24

Yaponiyada mer qəza törətdi, təmir xərcini şəhər büdcəsindən ödətmək istədi

Xarici xəbərlər
13 noyabr 2026, 17:12

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb

Yerli xəbərlər
13 noyabr 2026, 15:03

Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO

Yerli xəbərlər
13 noyabr 2026, 14:18

Avtomobil qızın üzərindən keçdi - Ayağı amputasiya olundu

Yerli xəbərlər
13 noyabr 2026, 12:47

Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq

Oxşar xəbərlər