Cemre Baysel "Beşiktaş"ın futbolçusu ilə münasibətini təsdiqlədi.
Türkiyəli aktrisa Cemre Baysel "Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Emirhan Topçu ilə sevgili olduğunu təsdiqləyib.
"Habertürk"ün məlumatına görə, 27 yaşlı aktrisa jurnalistlərin münasibətləri barədə sualını gülümsəyərək cavablandırıb. O, Topçunun hazırda milli komandanın düşərgəsində olduğunu da bildirib.