top
Censen Huangla bağlı yeni iddia: Nvidianın daha bir əməkdaşı ilə münasibətdə olub
Bu gün, 10:47
- ↺ +

Censen Huangla bağlı yeni iddia: "Nvidia"nın daha bir əməkdaşı ilə münasibətdə olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Nvidia" şirkətinin keçmiş rəhbəri, 63 yaşlı milyarder Censen Huangın şirkətin daha bir əməkdaşı ilə intim münasibətdə olduğu iddia edilir. Beləliklə, son günlər ərzində evli biznesmenin adı üç qadınla bağlı yayılan münasibət iddialarında hallanıb.

"Reuters" agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən yazır ki, Huangın "Nvidia"nın daha bir əməkdaşı ilə münasibəti olub. Qadının kimliyi açıqlanmayıb. Jurnalistlər hələlik onunla əlaqə saxlaya bilməyiblər. Şirkət isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl milyarderin daha iki qadınla münasibətdə olduğu barədə məlumatlar yayılmışdı. Onlardan biri amerikalı sahibkar Elis Huangdır. Onun Censen Huangla eyni soyadı daşımasına baxmayaraq, aralarında qohumluq əlaqəsi yoxdur. ABŞ xüsusi xidmət orqanları Elis Huangın Çin kəşfiyyatı ilə əlaqələrindən şübhələnir.

İstintaq versiyasına görə, onun rəhbərlik etdiyi Sinqapur şirkəti "Megaspeed" ixrac məhdudiyyətlərini aşaraq milyardlarla dollar dəyərində qabaqcıl "Nvidia" çipləri əldə edib. Elis Huangın isə məxfi məlumatları Çin tərəfinə ötürmüş ola biləcəyi iddia olunur.

Huangın adı hallanan digər qadın isə şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti, 48 yaşlı Kimberli Pauelldir. Beş keçmiş əməkdaş onların münasibətdə olduğunu təsdiqləyib.

Elis Huangla bağlı məlumatların yayılmasından sonra milyarder həyat yoldaşına xəyanət etdiyini açıq şəkildə etiraf edib. O, əməkdaşlara göndərdiyi məktubda 40 ildən artıqdır evli olduğu həyat yoldaşı Loridən üzr istəyib və zamanla etimadı bərpa edə biləcəklərinə ümid etdiyini bildirib.

Mətbuatda yayılan iddialara görə, cütlük nikah müqaviləsi bağlamayıb. Bu səbəbdən mümkün boşanmanın milyarderə 81 milyard dollara başa gələ biləcəyi irəli sürülür.

Skandal fonunda Censen Huangın sərvətinin 7,4 milyard dollar azaldığı, "Forbes"un dünyanın ən varlı şəxsləri reytinqində səkkizinci yerdən 11-ci yerə düşdüyü bildirilir. Onun sərvəti 151,2 milyard dollar qiymətləndirilir. Eyni zamanda, mediada "Nvidia"nın bazar dəyərinin təxminən 470 milyard dollar azaldığı iddia olunur.

Məqalədə həmçinin bildirilir ki, Huang 1993-cü ildə əsasını qoyduğu şirkətin prezidenti və baş icraçı direktoru vəzifələrindən, eləcə də direktorlar şurasındakı üzvlüyündən ayrılıb. Onun istefası elan edildikdən sonra şirkətin səhmləri birja ticarətinin əvvəlində 14 faizdən çox ucuzlaşıb, lakin sonradan yenidən bahalaşmağa başlayıb.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:23

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xarici xəbərlər
Bu gün, 00:00

Alimlər 66 il əvvəl dünyanın sonunu 13 noyabr 2026-cı ilə proqnozlaşdırmışdılar

Yerli xəbərlər
Dünən, 17:31

Rusiyanın məşhur "Bitva şefov" kulinariya şousunda - VİDEO

Xarici xəbərlər
Dünən, 16:42

"Başqa övladım ola bilərdi, amma belə ər tapa bilməzdim" - məşhur aktrisanın hekayəsi

Xarici xəbərlər
Dünən, 15:49

Maya Sandu: "Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır" - VİDEO

Yerli xəbərlər
Dünən, 15:23

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 15:17

DYP: "O bizi həyata bağlayan bağdır"

Yerli xəbərlər
Dünən, 15:13

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Xarici xəbərlər
Dünən, 14:21

Durov Makronun qeyri-ənənəvi seksual orientasiyasına eyham vurub

Xarici xəbərlər
Dünən, 13:50

Göydələnin zirvəsində evlilik təklifi etdilər, indi isə məhkəməyə hazırlaşırlar

Yerli xəbərlər
Dünən, 13:44

Paşinyan COP31 çərçivəsində Tarkanın məşhur "Şımarık" mahnısını dinləyib - VİDEO

Xarici xəbərlər
Dünən, 12:43

Ermənistanda TRIPP layihəsi üzrə şirkətin yaradılmasına dair qanunvericilik paketi qəbul edilib

Yerli xəbərlər
Dünən, 10:58

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI

Yerli xəbərlər
Dünən, 09:37

General Natiq Əliyevin qızı saxlanıldı

Xarici xəbərlər
Dünən, 09:16

Yoldaşına xəyanət edən "Nvidia"nın baş direktoru vəzifəsindən uzaqlaşdırıla bilər

Yerli xəbərlər
Dünən, 08:58

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
11 noyabr 2026, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
11 noyabr 2026, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
11 noyabr 2026, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
11 noyabr 2026, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
11 noyabr 2026, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
11 noyabr 2026, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Oxşar xəbərlər