Ermənistanın Baş naziri Nikol Paşinyan COP31 iqlim konfransı çərçivəsində türkiyəli müğənni Tarkanın məşhur "Şımarık" mahnısını dinləyərkən görüntülənib.
İnsanoid.com xəbər verir ki, görüntüləri paylaşan müəllif isə videoya "Türkiyə ilə Ermənistan arasındakı buzlar əriyir?" şərhini əlavə edib.
Kontent yaradıcısı Hamid İhtiyar Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan, Türkiyə və Ermənistan arasındakı münasibətlər barədə söhbət açıb.
Həmin anları əks etdirən kadrlar sosial şəbəkələrdə maraqla qarşılanıb.