Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən mobil telefondan istifadə edən və TikTok-da canlı yayımlar açan sürücülərə müraciət edib.
Mərkəzdən İnsanoid.com-a bildirilib ki, son dövrlər sükan arxasında sosial şəbəkələrə daxil olan, canlı yayımlar vasitəsilə izləyicilərlə ünsiyyət quran sürücülərə rast gəlinir. Bu cür davranışlar sürücünün diqqətini yoldan yayındıraraq qəza riskini artırır.
Qeyd olunub ki, müşahidə kameralarının qeydə aldığı bəzi yol-nəqliyyat hadisələrinin təhlili sürücü diqqətsizliyinin qəzaların əsas səbəblərindən biri olduğunu göstərir.
Mərkəz sürücülərə xatırladıb ki, sosial şəbəkələrdə izləyici və bəyənmə toplamaq istəyi digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər.
Sonda bütün sürücülər yollarda məsuliyyətli və diqqətli olmağa çağırılıb.