Məşhur basketbolçu Lebron Ceymsin 2004-cü ildə ABŞ yığmasında debüt etdiyi oyunda geyindiyi 9 nömrəli forma hərracda 722 min dollara sahibini tapıb.
İnsanoid.com xəbər verir ki, noyabrın 8-də yekunlaşan satış məbləğinə hərrac evinin komissiyası da daxildir.
İdmançı bu ağ formada ilk dəfə 19 yaşında Afina Olimpiadasına hazırlıq çərçivəsində Puerto-Riko, daha sonra isə İtaliya və Türkiyəyə qarşı yoldaşlıq oyunlarında çıxış edib. Formanın orijinallığı matç fotoları ilə təsdiqlənib.
Qeyd edək ki, karyerası ərzində 4 dəfə Olimpiya medalı (3 qızıl, 1 bürünc) qazanan Ceyms NBA-da ilk mövsümündə ən yaxşı debütant seçilmişdi.