Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası, 82 yaşlı böyük Tomas Markl uşaq pornoqrafiyası ittihamı ilə ABŞ-nin Florida ştatındakı qocalar evində saxlanılıb.
"Daily Mail"in məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Tomas Markl daha sonra ev dustaqlığına buraxılıb. Məhkəmənin qərarı ilə o, bundan sonra elektron qolbaq daşımalıdır.
Qeyd edək ki, o, uşaqlara qarşı cinsi zorakılıq materiallarını saxlamaqda təqsirləndirilir. ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə görə, FTB əməkdaşları kişinin 2008-ci ildən icarəyə götürdüyü iki anbarda qadağan olunmuş faylların yer aldığı 78-ə yaxın elektron daşıyıcı aşkar ediblər.