top
Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb
Bu gün, 17:12
- ↺ +

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb.

İnsanoid.com Xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın bir sıra ölkələrində təyyarələrə bomba yerləşdirilməsi ilə bağlı anonim təhdidlər qeydə alınıb. Nəticədə qırıcı təyyarələr havaya qaldırılıb, bəzi reyslər başqa hava limanlarına yönləndirilib.

Çexiya polisi noyabrın 6-da Praqa hava limanına gələn və oradan uçan doqquz təyyarənin bomba təhdidləri ilə əlaqədar yoxlanıldığını bildirib. Təhdidlər Danimarka, İspaniya və Böyük Britaniyadan gələn, eləcə də Niderland, Kipr, Rumıniya, İtaliya və Böyük Britaniyaya uçan təyyarələrə ünvanlanıb. Noyabrın 5-də Praqaya istiqamətlənən daha dörd təyyarə də oxşar təhdidlər alıb. Bütün təyyarələr təhlükəsiz eniş edib, yoxlamalar zamanı partlayıcı maddə aşkarlanmayıb. Məlumatların anonim elektron poçt ünvanlarından göndərildiyi bildirilir.
Eyni gün Avropanın müxtəlif ölkələrində təxminən 30 aviareys bomba təhdidləri ilə üzləşib. İtaliya, Fransa və Bolqarıstan qırıcı təyyarələri havaya qaldırıb, bir neçə sərnişin təyyarəsi alternativ hava limanlarına yönləndirilib.


İlk qeydə alınan hadisə Dublindən Romaya uçan "Aer Lingus" aviaşirkətinin reysi olub. Təyyarə Fransadakı Evrö hərbi bazasına endirilib. Madrid, Kopenhagen və Londondan Sofiyaya uçan üç "Ryanair" təyyarəsi də bomba təhdidləri alıb. Onlardan biri Plovdivə yönləndirilib, digərlərini isə Bolqarıstan qırıcıları müşayiət edib.
Bundan başqa, Varşava-Brüssel marşrutu ilə hərəkət edən "LOT" təyyarəsi təhlükəsiz eniş etdikdən sonra yoxlanılıb. Milandan Varşavaya uçan "Wizz Air" reysi Vyanaya yönləndirilib. Helsinkidən havaya qalxan iki "Finnair" təyyarəsi isə Romaya və Vyanaya enib. Milandan Buxarestə uçan təyyarənin sərnişinləri enişdən sonra təxliyə edilib və hava gəmisi yoxlanılıb. Belqrad-Buxarest marşrutu üzrə uçan "Air Serbia" və Afina-Vyana reysi ilə hərəkət edən "Aegean Airlines" təyyarələri də təhdidlərdən sonra yoxlamadan keçirilib.


"Reuters" agentliyinin məlumatına görə, Korkdan Londona uçan reys və Buxarestdə aralıq eniş etməklə Təl-Əvivə gedən təyyarə də təhdid alıb. Madriddə "Air Europa" və "Iberia" aviaşirkətlərinin təyyarələri yoxlanılıb. Parisə uçan reyslərdən biri isə uçuş-enmə zolağına çıxmazdan əvvəl saxlanılıb.
Təhdid məktublarının bəzilərində göndərənlər özlərini Rusiyada ekstremist təşkilat kimi tanınan və qadağan edilmiş "Kişi dövləti" hərəkatının üzvləri kimi təqdim ediblər. Onlar "feminist rejimə" qarşı olduqlarını bildirərək partlayışlarla hədələyiblər. İtaliya hava limanlarına göndərilən məktublardan birinin mətnini ANSA agentliyi yayıb. Məktub "Partlayış 60 dəqiqə ərzində baş verəcək. Bu gün səmanız qırmızıya boyanacaq" sözləri ilə bitib.
"Inpact" təşkilatının təsisçisi Lu Osborn AFP-yə bildirib ki, hələlik bu hərəkatın Rusiya hakimiyyəti ilə əlaqəsinin olub-olmadığı məlum deyil. AFP də təşkilatla təhdid məktublarının müəllifləri arasında əlaqəni təsdiqləyə bilməyib. Avropalı müstəntiqlər də təhdidlərin arxasında kimin dayandığını və bütün məktubların eyni mənbədən göndərilib-göndərilmədiyini müəyyənləşdirməyiblər.

"Kişi dövləti" hərəkatının qurucusu Vladislav Pozdnyakov isə təşkilatla əlaqəsinin 2019-cu ildən bəri olmadığını bildirib. O, Avropa ölkələrində bu adla təxribat törədənlərin hərəkatın adından öz maraqları üçün istifadə etdiyini iddia edib.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Yerli xəbərlər
Bu gün, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Bu gün, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Bu gün, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Bu gün, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Bu gün, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 16:12

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 16:12

Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Yerli xəbərlər
Bu gün, 14:59

Bu gün Azərbaycanda qısa iş günü deyil

Yerli xəbərlər
Bu gün, 14:23

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Yerli xəbərlər
Bu gün, 13:53

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Yerli xəbərlər
Bu gün, 13:37

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb - Birgə məlumat

Yerli xəbərlər
Bu gün, 13:33

Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

Yerli xəbərlər
Bu gün, 13:22

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Yerli xəbərlər
Bu gün, 12:27

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:26

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Yerli xəbərlər
Bu gün, 12:17

Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib

Yerli xəbərlər
Bu gün, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Bu gün, 11:34

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Yerli xəbərlər
Bu gün, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Oxşar xəbərlər