Argentina xəstəxanalarından birində mühafizəçi qadın ruhunu qarşılayaraq ona müşayiət edib.
Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
"Gecənin tən ortasında xəstəxanaya nənə gəlmişdi və onun növbətçi həkimlə görüşməyə çox ciddi ehtiyacı var idi", — deyə mühafizəçi bildirib.
Lakin məlum olub ki, həmin qadın bu hadisədən cəmi bir neçə saat əvvəl dünyasını dəyişib. Təhlükəsizlik kameralarının görüntülərində isə yalnız mühafizəçinin təkbaşına hərəkət etdiyi görünür.
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 11-ə keçən gecə Argentinanın Buenos-Ayres şəhərində yerləşən "Sanatorio Finochietto" özəl klinikalardan birində baş verib və bununla bağlı xəbərlər böyük rezonans doğurub. Lakin sonradan xəstəxana rəhbərliyi bu görüntüləri nasaz avtomatik qapı və mühafizəçinin zarafatı kimi izah etdi.