Dəfələrlə sükan arxasında yuxuya getdiyini bilən sürücü yenidən yola çıxaraq qəza törətdi.
İnsanoid.com xəbər verir ki, noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Cavid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil uşaq arabasında körpəsini aparan piyada A. Abdullayevanı vurub. Qəza nəticəsində qadın xəsarət alıb, körpənin vəziyyəti isə normaldır.
Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini, hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini etiraf edib.