top
Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO
Bu gün, 13:07
- ↺ +

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın əfsanəvi caz pianoçusu Vaqif Mustafazadənin ilk nikahından olan qızı Lalə Mustafazadənin Fransadakı fəaliyyəti və beynəlxalq uğurları ilə bağlı maraqlı məlumatlar üzə çıxıb. Əzizə Mustafazadənin atabir bacısı olan Lalə uzun illərdir Avropada musiqi karyerasını davam etdirir və hətta məşhur beynəlxalq serialda rol alıb.

Insanoid.com xəbər verir ki, bu barədə jurnalist Hafiz Əhmədovun HafizTimes.com saytında dərc olunan araşdırmasında məlumat verilir.

Hazırda Lala Cholous adı ilə tanınan pianoçu 1991-ci ildə Fransanın Épinal şəhərində keçirilən Beynəlxalq Piano Müsabiqəsində birinci Qran-priyə layiq görülüb. Müsabiqənin rəsmi arxivində onun adı Azərbaycanı təmsil edən iştirakçı kimi qeyd olunub.

Atası Vaqif Mustafazadə cazla muğamı birləşdirən özünəməxsus musiqi üslubu ilə şöhrət qazansa da, Lalə peşəkar fəaliyyətini əsasən klassik fortepiano ifaçılığı istiqamətində qurub.

Onun karyerasının ən diqqətçəkən mərhələlərindən biri Paris Milli Operasında 20 ildən artıq davam edən fəaliyyəti olub. Araşdırmaya əsasən, Lalə Mustafazadə 1999-cu ilin sentyabrından 2019-cu ilin noyabrınadək burada pianoçu kimi çalışıb və balet artistlərinin gündəlik məşqlərini musiqi ilə müşayiət edib.

Pianoçu Fransadan başqa İtaliya, Almaniya, Böyük Britaniya və Rusiyada da konsert fəaliyyəti ilə məşğul olub.

Lalə Mustafazadənin yaradıcılığında daha bir maraqlı məqam onun kino dünyasına da addım atmasıdır. O, 2025-ci ildə Amazon Prime Video platformasında yayımlanan "Étoile" serialında pianoçu obrazını canlandırıb.

Paris və Nyu-Yorkdakı balet kollektivlərinin həyatından bəhs edən serialın aktyor heyətində Şarlotta Gensbur, Lu de Laaj və Lyuk Kirbi kimi tanınmış simalar da yer alıb.

Məlumata görə, Lalə Mustafazadə Fransada ailə qurduqdan sonra Cholous soyadını qəbul edib. O, musiqi fəaliyyətini davam etdirməklə yanaşı, rəqqaslar və digər ifaçılar üçün musiqi hazırlığı sahəsində də çalışır.

Beləliklə, Vaqif Mustafazadənin musiqi irsi yalnız dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadənin deyil, klassik musiqidə öz yolunu seçmiş böyük qızı Lalənin yaradıcılığında da davam edir.




Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Oxşar xəbərlər