top
DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO
Bu gün, 12:30
- ↺ +

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.
 
Kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarə olunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı hüquqpozma hallarının aşkarlanmasını deyil, həm də onların təşkilatçılarının, xarici əlaqələrinin və maliyyə mexanizmlərinin müəyyənləşdirilməsini zəruri edir.

Bu istiqamətdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə çevrildiyini ortaya qoyub.
Keçirilən tədbir nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.

Araşdırmalarla müəyyən olunub ki, şəbəkənin fəaliyyəti Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında yaradılmış "Call Center"lər vasitəsilə təşkil olunub. Cinayətkar şəbəkəyə yeni üzvlərin cəlb olunması məqsədilə "Telegram" platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən iş elanları yerləşdirilib. Nəticədə bəzi ölkə vətəndaşları Ukraynada qanunsuz fəaliyyət göstərən həmin mərkəzlərə cəlb ediliblər.

"Call Center"lərdə şəbəkə üzvləri xüsusi hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng edərək müxtəlif psixoloji manipulyasiya üsullarından istifadə ediblər. Onlar özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşlara hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, bank kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar veriblər. Digər hallarda isə vətəndaşların kiberdələduzluq əməllərinin qurbanına çevrilməsi üçün yüksək gəlir vəd edən saxta investisiya təkliflərinin adından istifadə olunub.

Şəbəkə üzvləri yaratdıqları qorxu və təşviş vəziyyətindən, yaxud asan qazanc əldə etmək istəyindən istifadə edərək vətəndaşları tələsik qərar verməyə, vəsaitlərini guya təhlükəsiz hesablara köçürməyə, bank kartı məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamağa sövq ediblər.

Ukrayna Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərlə Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz "Call Center"lərdə işləyən 11 nəfər, o cümlədən şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov saxlanılaraq Azərbaycana gətiriliblər.

Məlum olub ki, Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyev xaricdəki şəbəkə üzvləri ilə "Telegram" vasitəsilə əlaqə saxlayaraq kiberdələduzluq yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında iştirak ediblər. Onlar talanmış pulları istifadələrində olan bank kartı hesablarında cəmləyərək razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan hissəni kriptovalyutaya çevirərək xaricə göndəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə başçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı isə istintaq araşdırmaları aparılır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Oxşar xəbərlər