Ukraynanın Kiyev vilayətinin Petropavlovskaya Borşaqovka kəndində yerləşən fərdi evlərdən birinin qarşısında qarşıdurma yaşanıb. Sakinlərin iddiasına görə, həmin binada onlarla şəxs qanunsuz saxlanılıb.
İnsanoid.com xirici KİV-ə istinadən xəbər veirr ki, rəsmilər bu ittihamları rədd etsələr də, hadisənin şərtləri rəsmi və hüquq-mühafizə orqanlarının araşdırmalarının mövzusuna çevrilib.
Sosial mediada səfərbər olunmuş əsgərlərin və bölmələrini icazəsiz tərk edən hərbi qulluqçuların saxlanılması ilə bağlı xəbərlər yayıldıqdan sonra Petropavlovskaya Borşaqovkadakı şəxsi evin yaxınlığında gün ərzində yüzdən çox insan toplaşıb. Toplaşanlar saxlanma şəraitinin yoxlanılmasını və müəssisəyə girişə icazə verilməsini tələb ediblər. Ukrayna mediasının məlumatına görə, evin yaxınlığında polislə toqquşmalar baş verib və axşama doğru vəziyyət daha da gərginləşib.
Aksiya iştirakçıları və hərbçilərin qohumları evdəki insanların iradələrinə zidd olaraq saxlanıldıqlarını və zorakılığa məruz qaldıqlarını iddia ediblər.
Onlar binanın zirzəmisində təxminən 40 kişinin ola biləcəyini bildiriblər. Bildirilir ki, saxlanılanlar arasında yetkinlik yaşına çatmayan bir nəfər də olub. Hazırda bu məlumat təsdiqlənməyib.
Hadisədən sonra Ukrayna Daxili İşlər Nazirliyi və Milli Qvardiya rəsmi araşdırmaların aparıldığı barədə açıqlama yayıblar.
Ukraynanın daxili işlər naziri İvan Vıqovski bildirib ki, əsgərlərin qohumlarına binada saxlanılanlarla ünsiyyət qurmaq imkanı verilib, tibb işçiləri və ictimaiyyət nümayəndələri binaya buraxılıb.