top
Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Bu gün, 12:26
- ↺ +

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı il ərzində Fələstinin Azərbaycandakı iştirakı daha geniş miqyas alıb.

Bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, bu fəallıq Fələstin Dövləti ilə Azərbaycan Respublikası arasında mövcud dostluğun təməlində yeni əməkdaşlıq imkanları yaratmağa və münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş ortaq iradəni əks etdirir.

Xatırladılıb ki, 2026-cı il avqustun 3-də Prezident İlham Əliyev həmin ilin iyulun 10-da iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb: "Bu addım səfirliyin fəaliyyətinin davamlılığına, ikitərəfli əlaqələrin və birgə təşəbbüslərin əlaqələndirilməsini davam etdirmək imkanlarına dəstək kimi qiymətləndirilir".

Qeyd olunub ki, 2026-cı ilin iyul ayında açıqlanmış rəsmi məlumatlara əsasən, Azərbaycanda təhsil alan fələstinli tələbələrin sayı 37 nəfər olub. Onlardan 23 nəfəri "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil alır.

2025-ci ilin sentyabr ayında Qəzza zolağından 14 fələstinli tələbənin Azərbaycanda təhsilini davam etdirməsi üçün təxliyəsinin təşkil edildiyi diqqətə çatdırılıb.

Səfirliyin bəyanatında vurğulanıb ki, Azərbaycan 2024-cü il mayın 10-da BMT Baş Assambleyasının Fələstin Dövlətinin üzvlüyə uyğunluğunu təsdiqləyən və Təhlükəsizlik Şurasına onun müraciətinə yenidən müsbət yanaşmağı tövsiyə edən qətnaməsinin lehinə səs verib. Həmçinin, 2025-ci il sentyabrın 12-də Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həll modelinin həyata keçirilməsi barədə Nyu-York Bəyannaməsinin qəbulunu dəstəkləyib. 2026-cı ildə də rəsmi görüşlərdə və çoxtərəfli platformalarda bu mövqe ardıcıl şəkildə təsdiqlənib.

"Bütün bu dəstək mövqelərinə və təşəbbüslərə əsaslanaraq, Fələstin Dövlətinin Səfirliyi Fələstin xalqına göstərilən dəstəyə, fələstinli tələbələrə və nümayəndə heyətlərinə nümayiş etdirilən diqqət və əməkdaşlığa görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına dərin təşəkkürünü və minnətdarlığını bildirir. Səfirlik bu dostluq münasibətlərini yüksək qiymətləndirir və onların qarşılıqlı hörmət və davamlı əməkdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsi imkanlarına inamla yanaşır. Fələstin–Azərbaycan münasibətlərində Fələstinin artan iştirakı, davamlı siyasi, institusional və mədəni əlaqələr iki ölkə arasında əməkdaşlığın daha dərin mərhələsinə keçid üçün zəmin yaradır", - bəyanatda qeyd olunub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:53

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Yerli xəbərlər
Bu gün, 12:43

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Yerli xəbərlər
Bu gün, 12:27

Sabahın hava proqnozu AÇIQLANIB

Yerli xəbərlər
Bu gün, 12:17

Azərbaycanda 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib

Yerli xəbərlər
Bu gün, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Bu gün, 11:34

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Yerli xəbərlər
Bu gün, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Oxşar xəbərlər