Azərbaycanda 2025-ci ilin fevral ayından bu günə qədər 16 ailə yaxınlarının ölümlərindən sonra orqanlarının bağışlanmasına razılıq verib
Bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən media nümayəndələri üçün maarifləndirici seminarda deyib.
Onun sözlərinə görə, həmin xəstələrdən 85 orqan köçürülüb: "Həmin orqanların dördü ürək transplantasiyasıdır. 1500 Azərbaycan vətəndaşı isə hazırda gözləmə siyahısındadır".
Xatırladaq ki, Azərbaycanda ilk dəfə olaraq meyit donordan (beyin ölümü keçirmiş şəxsdən) orqan köçürülməsi 2025-ci il fevralın 6-da Mərkəzi Gömrük Hospitalında həyata keçirilib.