Türkiyənin məşhur aktrisası Məryəm Üzərli yeni filminin təqdimatı üçün gəldiyi Bakı şəhəri ilə bağlı sosial media hesabında paylaşım edib.
İnsanoid.com xəbər verir ki, aktrisa Azərbaycan tamaşaçısının onu böyük sevgilə qarşıladığını bildirib:
"Azərbaycan ❤️ Bakı… Sizi sevirəm! Bizim filmi birlikdə izləmək və bu özəl anları bölüşmək böyük şərəf idi. Film çəkmək bir tərəfə, sizinlə görüşmək, gözlərinizə baxmaq və duyğularınızı bölüşmək bu səfərin ən mənalı hissəsidir".
Üzerli paylaşımında komandasına və tədbirin təşkilində əməyi keçən azərbaycanlı heyətə göstərdikləri qonaqpərvərliyə görə xüsusi təşəkkürünü ifadə edib.