top
MKA: Android TV box cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
Bu gün, 10:54
- ↺ +

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi "Android TV box" cihazlarında "BADBOX 2.0" botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir.

Bu barədə MKA məlumat yayıb.

Məlumata əsasən, cari ilin oktyabr ayında bir sıra dövlət qurumlarının internet resurslarına qarşı DDoS hücumları qeydə alınıb. Hücum traffikinin bir hissəsi Azərbaycan seqmentinə aid IP ünvanlarından daxil olub, bu ünvanların bir qismi isə "Android TV box" cihazlarının istifadə edildiyi bağlantılarla əlaqəli çıxıb.

Agentliyin araşdırması göstərib ki, hücumlarla əlaqələndirilən modeldəki cihazın proqram təminatında uzaqdan idarəetməyə imkan verən bir neçə zərərli komponent var. Cihazlar bu komponentlərlə hələ istehsal və ya paylama mərhələsində yoluxdurulur.

Yoluxmuş cihaz sahibinin xəbəri olmadan kibercinayətkarların nəzarətinə keçir. Onun internet bağlantısı DDoS və digər hücumlarda istifadə oluna bilər, bu zaman hücum mənbəyi kimi adi ev istifadəçilərinin IP ünvanları görünə bilər. Zərərli kod cihazın proqram təminatının içərisində olduqda ilkin parametrlərinə qaytarılması da problemi həll etməyə bilər.

Bununla əlaqədar, MKA vətəndaşlara və təşkilatlara aşağıdakı tədbirlərin görülməsini tövsiyə edir: mənşəyi məlum olmayan və etibarlı istehsalçı tərəfindən dəstəklənməyən Android cihazlarını ("TV box"-lar, proyektorlar və s.) almamaq və istifadə etməmək; tətbiqləri yalnız rəsmi və etibarlı mənbələrdən yükləmək; şübhəli cihazları internetdən ayırmaq və təhlükəsizliyi təmin edilənədək istifadə etməmək; təşkilatlarda bu növ cihazların şəbəkəyə qoşulmasını məhdudlaşdırmaq, belə cihazları əsas şəbəkədən ayırmaq və onların şübhəli xarici serverlərlə əlaqələrini izləmək; şübhəli fəaliyyət və yoluxma halları barədə Milli CERT-ə məlumat vermək.

Məlumata görə, təhlil nəticəsində müəyyən edilmiş indikatorlar Agentliyin misp.cert.az – İnsident Məlumatlarının Mübadiləsi Platformasına əlavə edilib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Oxşar xəbərlər