Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü münasibətilə noyabrın 8-də ölkəmizə səfər etməyi planlaşdırdığını bildirib.
"Fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm", – deyə Ərdoğan qeyd edib.
Anadolu agentliyinin məlumatına görə, Ərdoğan Azərbaycanla Türkiyə arasındakı münasibətlərin klassik diplomatik təmaslardan daha üstün olduğunu vurğulayıb və iki ölkənin qardaşlığının ortaq tarix, mədəniyyət, tale və gələcəyə əsaslandığını bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur.