top
Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib
Bu gün, 11:34
- ↺ +

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mövsümi keçidlər insan orqanizminə fiziki, həm də psixoloji təsir göstərir. Həkimlər "mövsümi keçidlər" dedikdə, iki əsas payız-qış və yaz-yay fəsillərinin dəyişməsini nəzərdə tuturlar".

Bunu Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova deyib.

O bildirib ki, hava temperaturunun kəskin dəyişməsi, soyuğa-istiyə uyğunlaşma immun sistemini həddindən artıq yükləyir, bu da soyuqdəymə və virus xəstəliklərinin artmasına gətirib çıxarır:

"Uşaqların immun sistemi böyüklərə nisbətən temperatur və rütubət dəyişikliklərinə qarşı daha həssasdır. Günəş işığının artıb və ya azalması, öz növbəsində insanlarda sirkad ritmlərini (bioloji saatlar və ya bioritmlər) kobud şəkildə pozur, bu da yuxu çatışmazlığına, orqanizm üçün sistemli stressə səbəb olur.

Payız -qış aylarında uşaqlar arasında virus infeksiyaların artımı birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil. Əsasən bağça və məktəblilər arasında bu kimi xəstəliklər daha çox yayılır. Bu da, onunla bağlıdır ki, yay fəslində havaların isti keçməsi nəticəsində virusların aktivliyi azalır və bu kateqoriyadan olan uşaqlar tətildə olur. Payız fəslində isə virusların aktivliyində yüksəliş baş verir, eyni zamanda uşaqlar bu aylarda əsasən qapalı məkanlarda və toplaşmış halda olduqlarına görə, infeksiyon xəstəliklərin yoluxma halları artır".

Nuranə Hüseynova qeyd edib ki, mövsüm keçidlərində gün ərzində hava kəskin dəyişə bilər: "Uşağa bir qalın paltar yerinə, ehtiyac olduqda çıxarıla bilən bir neçə qat nazik və pambıq paltarların geyindirilməsi tövsiyyə olunur. Sintetik parçalardan qaçınmaq lazımdır. Rasiona C vitamini, sink və antioksidantlarla zəngin olan qida məhsulları (məsələn, sitrus meyvələri, brokkoli, balqabaq, nar) daxil etmək vacibdir.

Güclü immunitetin təməli keyfiyyətli yuxudur. Keçid dövründə uşağın hər gün eyni saatda yatmasına və yaş normasına uyğun (ən azı 9-11 saat) dincəlməsinə diqqət edilməlidir. Havalar soyuduqca uşaqlar daha az su içir. Lakin, bədənin viruslarla mübarizə apara bilməsi üçün selikli qişalar nəmli qalmalıdır. Bu məqsədlə, uşaqlara bol su, təbii şirələr və ilıq şorbalar verin. Bağça və məktəblərdə virusların yayılmasının qarşısını almaq üçün uşağa əllərini ən azı 20 saniyə sabunla yumağı öyrədin.

Evin havasını hər gün müntəzəm olaraq dəyişin. İstilənmə sistemləri işə düşdükdə, otağın havası quruyur, bu isə tənəffüs yollarını viruslara qarşı müdafiəsiz qoyur. Otaq rütubətini 40-60% arasında saxlayın.

Payız və qış aylarında günəş işığı azaldığı üçün uşağın D vitamini səviyyəsini yoxlayın. Uşaqda halsızlıq və ya burun axması başlayan kimi həkimlə məsləhətləşmədən ona antibiotik və ya güclü immunstimullaşdırıcı preparatlar verməyin. Ümumiyyətlə, həkim təyinatı olmadan uşaqlara dərman vasitələri verməkdən çəkinin".

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Bu gün, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Dünən, 12:59

Baytarlıq şəhadətnaməsinin dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Dünən, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Oxşar xəbərlər