Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
Insanoid.com "İnterfax" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Melanya Arutyunyan məlumat yayıb. Bildirilib ki, Paşinyan BMT-nin İqlim Dəyişikliyi üzrə COP31 konfransında iştirak edəcək.
Qeyd edək ki, noyabrın 9-dan 20-dək keçirilən konfransla eyni vaxtda, noyabrın 11-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti baş tutacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl sammitdə Ermənistanın KTMT-də üzvlüyü məsələsinin müzakirə oluna biləcəyini bildirmişdi.
Xatırladaq ki, Paşinyan daha əvvəl Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyini və ölkəsinin təşkilat çərçivəsində artıq heç bir marağının olmadığını bəyan edib.