top
Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək
Bu gün, 14:34
- ↺ +

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 14-də Bakıda dünyaşöhrətli yapon animatoru Hayao Miyazakinin əsərlərinə həsr olunan "Miyazaki kainatı axşamı" adlı multimedia konserti keçiriləcək.

İnsanoid.com xəbər verir ki, tarixi Kamera və Orqan Musiqisi Zalında (Kirxa) təşkil olunacaq tədbirdə Miyazakinin məşhur animasiya filmlərinin musiqiləri canlı ifa ediləcək, həmin əsərlərdən kadrlar isə böyük ekranda nümayiş etdiriləcək.

Konsertin əsas özəlliyi musiqi, vizual təsvirlər və yüzlərlə şamın işığının birləşdirilərək tamaşaçılar üçün xüsusi atmosfer yaratmasıdır.

Proqramda yapon bəstəkarı Co Hisaişinin Miyazaki filmləri üçün yazdığı məşhur melodiyalar səslənəcək. Bunlar arasında "Spirited Away", "Howl"s Moving Castle", "My Neighbor Totoro" və "Nausicaä of the Valley of the Wind" animasiyalarının musiqiləri yer alır.

Tamaşaçılar böyük ekranda sevimli personajlarını izləyərkən filmlərin tanış melodiyalarını canlı instrumental ifada dinləyə biləcəklər. Təşkilatçıların fikrincə, görüntü və musiqinin vəhdəti izləyicilərə özlərini Miyazakinin fantastik dünyasının bir hissəsi kimi hiss etməyə imkan verəcək.

Konsertdə Azərbaycanın tanınmış musiqiçilərindən ibarət "Ars Caspia Ensemble" çıxış edəcək. Ansamblın heyətində skripkaçılar Renata Abubekirova və Nərgiz Hüseynzadə, Əməkdar artistlər Aleksey Miltıx (violonçel) və Rəna Rəhimova (alt), kontrabas ifaçısı Rəvan Əhmədzadə və pianoçu Ülviyyə Dadaşova yer alırlar.

Tədbirin təşkilatçısı 2023-cü ildən Bakıda şam işığında instrumental konsertlər, video instalyasiyalar və multimedia proqramları təqdim edən "Ars Caspia Concerts" layihəsidir.

Konsert noyabrın 14-də iki seansda – saat 18:00 və 20:00-da keçiriləcək. Hər seans bir saat davam edəcək.

Biletlərin qiyməti 15–50 manat arasında dəyişir. Onları iTicket.az platformasından onlayn və şəhərdəki bilet kassalarından almaq mümkündür. Elektron QR-biletlər tədbir günü aktivləşdiriləcək.

Konsert üçün yaş məhdudiyyəti 6+ olaraq müəyyən edilib.

Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa), Bakı şəhəri, 28 May küçəsi, 41.

 

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər