Bu gün səhər saatlarında Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, BMW markalı avtomobil yağışlı hava şəraitində körpünün üzərində sürüşərək maneəyə çırpılıb və köməkçi yola aşıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Onun vəziyyəti barədə hələlik məlumat yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza səbəbindən Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Polis əməkdaşları hərəkətin tənzimlənməsi və sıxlığın aradan qaldırılması üçün tədbirlər görür.