Xocavəndin Qırmızıbazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb.
İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.