Telegram-ın həmtəsisçisi Pavel Durov "Nvidia" şirkətinin baş direktoru və "çinli casus qadın" ətrafında yaranan qalmaqala münasibət bildirərkən Fransa Prezidenti Emmanuel Makrona da atmaca atıb.
Insanoid.com xəbər verir ki, Durov bunu X sosial platformasındakı hesabında bildirib.
Durovun bu sözlərinin Fransa Prezidenti Emmanuel Makronun seksual orientasiyasına eyham olduğu ehtimal edilir:
"Düşünürəm ki, kəşfiyyat xidmətlərinin, asiyalı qadınlara marağı olmayan baş icraçı direktorlara daha az tanışlıq seçimi təklif etməsi ədalətsizlikdir.
Bəs fransız, rus və ya iranlı "şirin tələləri" haradadır? Mənə indiyədək bir nəfər də olsun qadın casus göndərilməyib. Onlar ümumiyyətlə çalışırlar?
Fransanı bağışlamaq olar – orada qərar verən şəxslər qadınlara maraq göstərmirlər. Qalanları isə bir az da səylərini artırmalıdır!", – deyə o, X sosial şəbəkəsində yazıb.