top
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Bu gün, 11:07
- ↺ +

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

İnsanoid.com müraciət mətnini təqdim edir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:03

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Yerli xəbərlər
Bu gün, 11:01

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO

Xarici xəbərlər
Bu gün, 10:07

Alyaskada 1998-ci ildən bəri ilk dəfə Demokrat qubernator seçilib

Yerli xəbərlər
Bu gün, 09:34

Füzulidə AĞIR QƏZA: 3 ölü, 4 yaralı var

Yerli xəbərlər
Dünən, 18:47

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:52

"Meydan" TV işi üzrə həbsdə olan jurnalist əməliyyat olunub

Xarici xəbərlər
Dünən, 17:24

Yaponiyada mer qəza törətdi, təmir xərcini şəhər büdcəsindən ödətmək istədi

Xarici xəbərlər
Dünən, 17:12

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb

Yerli xəbərlər
Dünən, 15:03

Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO

Yerli xəbərlər
Dünən, 14:18

Avtomobil qızın üzərindən keçdi - Ayağı amputasiya olundu

Yerli xəbərlər
Dünən, 12:47

Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq

Yerli xəbərlər
Dünən, 12:45

Media və Yayım Şurası xəbərdə vizual materiallarla bağlı media subyektlərinə çağırış edib

Yerli xəbərlər
Dünən, 11:07

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

Xarici xəbərlər
Dünən, 10:47

Censen Huangla bağlı yeni iddia: "Nvidia"nın daha bir əməkdaşı ilə münasibətdə olub

Yerli xəbərlər
Dünən, 09:23

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xarici xəbərlər
Dünən, 00:00

Alimlər 66 il əvvəl dünyanın sonunu 13 noyabr 2026-cı ilə proqnozlaşdırmışdılar

Yerli xəbərlər
12 noyabr 2026, 17:31

Rusiyanın məşhur "Bitva şefov" kulinariya şousunda - VİDEO

Xarici xəbərlər
12 noyabr 2026, 16:42

"Başqa övladım ola bilərdi, amma belə ər tapa bilməzdim" - məşhur aktrisanın hekayəsi

Xarici xəbərlər
12 noyabr 2026, 15:49

Maya Sandu: "Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır" - VİDEO

Yerli xəbərlər
12 noyabr 2026, 15:23

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gedib

Yerli xəbərlər
12 noyabr 2026, 15:17

DYP: "O bizi həyata bağlayan bağdır"

Yerli xəbərlər
12 noyabr 2026, 15:13

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Xarici xəbərlər
12 noyabr 2026, 14:21

Durov Makronun qeyri-ənənəvi seksual orientasiyasına eyham vurub

Xarici xəbərlər
12 noyabr 2026, 13:50

Göydələnin zirvəsində evlilik təklifi etdilər, indi isə məhkəməyə hazırlaşırlar

Yerli xəbərlər
12 noyabr 2026, 13:44

Paşinyan COP31 çərçivəsində Tarkanın məşhur "Şımarık" mahnısını dinləyib - VİDEO

Xarici xəbərlər
12 noyabr 2026, 12:43

Ermənistanda TRIPP layihəsi üzrə şirkətin yaradılmasına dair qanunvericilik paketi qəbul edilib

Yerli xəbərlər
12 noyabr 2026, 10:58

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI

Oxşar xəbərlər