top
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub
Bu gün, 14:13
- ↺ +

Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərmanda əksini tapıb.

Sənədə əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi də Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılıb. Bu məqsədlə Xidmətin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.

Nazirlər Kabineti altı ay müddətində sahilboyu ərazinin xüsusi statuslu ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.

Həmçinin sahilboyu ərazilərdə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət istiqamətlərində dövlət orqanlarının idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.

Nazirlər Kabineti altı ay müddətində Xəzərin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin ərazinin kağız və rəqəmsal formada qrafik təsvirini Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, eləcə də bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təklifləri altı ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Fərmana əsasən, sahilboyu ərazidə torpaqların idarə edilməsi, o cümlədən istifadəyə və icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "bir pəncərə" prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.

İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.

Fərmanın icrası ilə bağlı müşahidə sistemlərinin qurulması, monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işlərinin həyata keçirilməsi, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:40

Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam

Yerli xəbərlər
Bu gün, 12:55

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

Yerli xəbərlər
Bu gün, 12:55

Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək

Yerli xəbərlər
Bu gün, 12:47

Prezident Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 12:43

İntim fotolar müqabilində hərbi sirləri satıb: Hindistan Hərbi Hava Qüvvələrinin komandiri həbs edilib

Yerli xəbərlər
Bu gün, 12:26

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib - VİDEO

Yerli xəbərlər
Bu gün, 12:15

Prezident "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb

Yerli xəbərlər
Bu gün, 11:59

Ağstafa-Bakı qatarı 1,5 saat gecikib: Sərnişinlər məlumat verilməməsindən narazıdırlar

Yerli xəbərlər
Bu gün, 11:14

Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb - Faktiki hava

Yerli xəbərlər
Bu gün, 09:00

Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib

Xarici xəbərlər
14 noyabr 2026, 17:54

Cemre Baysel "Beşiktaş"ın futbolçusu ilə münasibətini təsdiqlədi

Yerli xəbərlər
14 noyabr 2026, 17:44

Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib

Xarici xəbərlər
14 noyabr 2026, 16:50

Hollivud filmlərində çəkilən azərbaycanlı model: Gülsara Rzayeva haqqında nə bilirik?

Yerli xəbərlər
14 noyabr 2026, 12:46

Sabah Bakıda yağış yağacaq

Yerli xəbərlər
14 noyabr 2026, 12:32

Dostunun toyuna gedən qazi Naxçıvanda faciəli şəkildə öldü - VİDEO

Yerli xəbərlər
14 noyabr 2026, 11:20

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ

Yerli xəbərlər
14 noyabr 2026, 11:07

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Yerli xəbərlər
14 noyabr 2026, 11:03

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Yerli xəbərlər
14 noyabr 2026, 11:01

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO

Xarici xəbərlər
14 noyabr 2026, 10:07

Alyaskada 1998-ci ildən bəri ilk dəfə Demokrat qubernator seçilib

Yerli xəbərlər
14 noyabr 2026, 09:34

Füzulidə AĞIR QƏZA: 3 ölü, 4 yaralı var

Yerli xəbərlər
14 noyabr 2026, 09:16

Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var

Yerli xəbərlər
13 noyabr 2026, 18:47

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Oxşar xəbərlər