Novxanı-Pirşağı yolunda aparılan təmir işləri ilə əlaqədar 537 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Novxanı-Pirşağı yolunun Sahil küçəsi hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu səbəbdən 537 nömrəli marşrut üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.