top
Hə demək üçün 4K çəkiliş şərtdirmi? İctimai yerlərdə evlilik təklifi şousu
Bu gün, 19:59
- ↺ +

"Hə" demək üçün 4K çəkiliş şərtdirmi? İctimai yerlərdə evlilik təklifi şousu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir dövrdə sevgi etirafı etmək üçün təkcə döyünən ürək və bir üzük kifayət etmir. Mütləq bir operator, bir dron, ətrafda alqışlayan yüzlərlə yad adam və ən əsası, yaxşı internet bağlantısı olmalıdır. Çünki sosial şəbəkədə paylaşılmayan evlilik təklifi, görünür, rəsmi qeydiyyata alınmamış sayılır.

Son vaxtlar ticarət mərkəzlərində, metro stansiyalarında, hətta avtobus dayanacaqlarında belə diz çöküb üzük uzadan gənclərin videoları sosial şəbəkələrdə lentləri bəzəyir. Bu görüntülər cəmiyyəti iki cəbhəyə bölüb. Gənclər bunu böyük romantika və cəsarət nümunəsi kimi əsasən alqışlayır. Orta və yaşlı nəsil isə çox zaman başını bulayaraq bu "ictimai tamaşanı" tənqid edir.

Bəs iki nəfərin arasındakı bu məhrəm an niyə birdən-birə kütləvi şouya çevrildi? Cavab sadədir: "bəyənmə" (like) aclığı. Görünür, gənclər üçün qarşı tərəfin "hə" cavabından daha vacibi, həmin videonun "TikTok" və ya "Instagram"da neçə min baxış yığmasıdır. Ətrafdakı yad insanların təəccüblü baxışları olmadan deyilən "səni sevirəm" sözü sanki öz dəyərini itirib.

Halbuki hər bir insanın toxunulmaz, sakral və intim hissləri olmalıdır. Elə məqamlar var ki, onun şahidi yalnız iki nəfər və bəlkə də göydəki ulduzlar olmalıdır. Evlilik təklifi də məhz belə müqəddəs və iki nəfərə məxsus özəl bir andır. Onu ucuz populyarlıq naminə küçə ortasında nümayişə çıxarmaq hisslərin səmimiyyətinə kölgə salır. Üstəlik, kamera qarşısında qalan qarşı tərəfə psixoloji təzyiq göstərmək də ayrı bir mövzudur. Kütlənin qarşısında "yox" demək cəsarətini tapanlar daha sonra qınaq obyektinə çevrilir.

Əgər bu tendensiya belə sürətlə davam etsə, yaxın gələcəkdə daha böyük "yeniliklərə" hazır olmalıyıq. Görünür, bir müddət sonra bəıziləri zifaf gecəsini də canlı yayımda nümayiş etdirib, izləyicilərdən rəy və hədiyyə gözləyəcəklər. Axı müasir dövrdə kameraya düşməyən xoşbəxtlik, xoşbəxtlik deyil.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 17:04

"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib

Yerli xəbərlər
Bu gün, 15:44

Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq

Yerli xəbərlər
Bu gün, 13:44

Azərbaycan Prezidenti: "Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"

Yerli xəbərlər
Bu gün, 13:30

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Yerli xəbərlər
Bu gün, 12:11

Azərbaycan muğamı məşhur "GTA VI" oyununda səslənib - VİDEO

Yerli xəbərlər
Bu gün, 12:07

Alen Simonyan gələn ay Azərbaycana gələcək

Yerli xəbərlər
Bu gün, 12:05

Hikmət Hacıyev: "Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik"

Yerli xəbərlər
Bu gün, 10:16

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub

Yerli xəbərlər
Bu gün, 08:40

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb

Yerli xəbərlər
Dünən, 17:07

Vəfat edən kuryeri iş yoldaşları son mənzilə yola saldılar - VİDEO

Yerli xəbərlər
Dünən, 15:03

23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi

Yerli xəbərlər
Dünən, 14:33

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Xarici xəbərlər
Dünən, 13:46

NASA-nın kosmodromu yaxınlığında qar adamı görüldü – 77 yaşlı qadının sirli qarşılaşması

Xarici xəbərlər
Dünən, 12:54

Rusiyada dələduzların yeni fırıldağı: Pensiyaçını 1,9 milyon rublundan "barmaq izi ekspertizası" adı ilə məhrum etdilər

Xarici xəbərlər
Dünən, 12:01

Mustafa Sandalın həyat yoldaşı 1,5 milyard lirəni geri qaytardığını açıqladı

Xarici xəbərlər
Dünən, 11:19

"Dağ kimi sarsılmaz": Putin və Si Trampla üçtərəfli görüşdən bir gün əvvəl mövqelərini uzlaşdırdılar – INSANOID.COM-un İCMALI

Yerli xəbərlər
Dünən, 09:51

Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir

Xarici xəbərlər
Dünən, 09:46

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Xarici xəbərlər
Dünən, 09:25

Amerikalı diplomat Beyrutda əsgərlərlə "jim vurdu" - VİDEO

Xarici xəbərlər
Dünən, 09:09

Monqolustanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti göstəriləcək

Yerli xəbərlər
17 noyabr 2026, 17:33

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Yerli xəbərlər
17 noyabr 2026, 17:32

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Yerli xəbərlər
17 noyabr 2026, 16:25

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Yerli xəbərlər
17 noyabr 2026, 16:18

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib

Xarici xəbərlər
17 noyabr 2026, 16:01

İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqləyib

Yerli xəbərlər
17 noyabr 2026, 15:19

Bakıdakı insidentin şok detalları: Sevgilisini başqa qadınla tutubmuş - YENİLƏNİB

Yerli xəbərlər
17 noyabr 2026, 13:53

Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil

Oxşar xəbərlər