Braziliyalı MMA döyüşçüsü Livinya Souza həbs edilib.
"MMA Fighting" xəbər verir ki, 33 yaşlı idmançının həbsinə səbəb onun evində marixuana və digər qeyri-qanuni maddələrin aşkarlanması olub.
Souza narkotik maddələrin daşınmasında və qanunsuz silah saxlamaqda ittiham olunur.
Qeyd edək ki, 2018-2021-ci illərdə UFC-də döyüşmüş L.Souza sonuncu dəfə 2021-ci ilin oktyabrında rinqə çıxıb və hakimlərin qərarı ilə məğlub olub.