UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cütlükləri müəyyən edilib.
İnsanoid.com xəbər verir ki, “Qarabağ”ın bu mərhələdəki rəqibi “Nyukasl Yunayted” olub.
Qeyd edək ki, “Qarabağ” “Nyukasl Yunayted” qarşılaşmasından qalib ayrılacağı təqdirdə 1/8 finala yüksələcək və potensial rəqibləri “Barselona” və ya “Çelsi” olacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər cütlükləri aşağıdakı kimi paylanıb.
09:23
Bu gün “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adı bəlli olacaq.
İnsanoid.com xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Liqa mərhələsini 22 pillədə başa vuran təmsilçimiz “səpələnməmişlər” səbətində yer alacaq.
Qeyd edək ki, “Qarabağ” - PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran “Barselona” və ya altıncı yerin sahibi “Çelsi” ilə üz-üzə gələcək.