top
Günəş, alov və oyun: 3500 illik Meksika sirri - ARAŞDIRMA + FOTO/VİDEO
18 yanvar 2026, 23:53
- +

Günəş, alov və oyun: 3500 illik Meksika sirri - ARAŞDIRMA + FOTO/VİDEO

Dünyada oyun anlayışı təkcə hamının tanıdığı idman növləri ilə məhdudlaşmır. Hər xalqın, hər regionun öz tarixindən, həyat tərzindən və dünyagörüşündən doğan oyunları var. Bu oyunların bir qismi minilliklər əvvəl yaranıb, bir qismi gündəlik həyatın içində formalaşıb, bəziləri isə bu gün artıq unudulmaq təhlükəsi ilə üz-üzədir.

İdman.Biz az tanınan, yerli və ənənəvi oyunlardan birini oxuculara təqdim edir.

Burada məqsəd yalnız oyunun qaydalarını təqdim etmək deyil, onun hansı mədəni ehtiyacdan yarandığını, hansı cəmiyyəti təmsil etdiyini və bu gün necə yaşadıldığını oxucuya çatdırmaqdır. Hər yazı dünyanın fərqli bir nöqtəsinə qısa səyahət, fərqli bir mədəniyyətlə tanışlıqdır.

Minilliklərdən gələn bir ənənə

Pelota Purepeça, Purepeça dilində “Uarukua Çanakua” və ya “Pasarutakua” adlanan, Meksikanın ən qədim yerli oyun və idman ənənələrindən biridir. (Purepeça xalqı əsasən Meksikanın Miçoakan ştatında yaşayan yerli xalqlardan biridir. Xalqın üzvləri öz dillərində “purhepeça”, “purhepeçerio” adlandırılır. Bu da “balıqçıların yeri” mənasını verən Miçoakan bölgəsinin sakinləri deməkdir.) Bu oyun sadəcə fiziki hərəkətə əsaslanan əyləncə kimi yaranmayıb. O, mifologiya, kosmik düşüncə və simvolizmlə sıx bağlı olan bir mədəni praktikadır və Purepeça xalqının dünyagörüşündə xüsusi yer tutur. Mənbələr bu ənənənin 3500 ildən artıq tarixə malik olduğunu göstərir.

Günəş, kosmos və mifoloji məna

Pelota Purepeçanın yaranması Purepeça inanclarında kainatın tarazlığı ilə əlaqələndirilir. Oyunun əsas simvolik mənası günəşin doğuşunu, işıqla qaranlıq arasındakı mübarizəni və kosmosla yer arasındakı harmoniyanı ifadə etmək idi. Əfsanələrə görə, Mars planetinin “yenidən doğulması” Yer üzündə fəlakətlərə səbəb olmuş, Purepeça xalqı isə bu kosmik nizamsızlığı aradan qaldırmaq üçün bu oyunu yaradıb. Bu səbəbdən oyun bəzi hallarda alışdırılmış, alovlu top ilə icra olunur.

Alovlu topun simvolik rolu

Pelota Purepeçanın ən diqqətçəkən cəhətlərindən biri məhz alovlu topla oynanan variantıdır. Bu formada istifadə olunan top yanacaqla isladılır və oyun başlamazdan əvvəl alışdırılır. Gecə keçirilən oyunlarda alov günəşin səma boyunca hərəkətini, gecə ilə gündüz arasındakı qarşıdurmanı simvolizə edir. Bu detal Pelota Purepeçanı dünyadakı ən qeyri-adi və vizual baxımdan təsirli ənənəvi oyunlardan birinə çevirir.

Tanrılar, döyüşçülər və oyun

Tarasklara aid azsaylı yazılı mənbələrdən birində iki tanrının məhz bir top oyunu zamanı qarşılaşdığı qeyd olunur. Digər tarixi məqalələrdə isə Pelota Purepeçanın fiziki sərtliyi və təmas elementləri səbəbilə gənc döyüşçülərin hazırlanmasında rol oynadığı ehtimal edilir. Bu baxımdan oyun həm ritual, həm də praktiki hazırlıq funksiyası daşıyıb.

Meydança və oyun quruluşu

Pelota Purepeça hokkeyə bənzər quruluşa malikdir. Oyun adətən 120-200 metr uzunluğunda və 8-10 metr enində sahədə oynanılır. Əksər hallarda xüsusi stadion və ya meydança olmur; oyun kənd meydanlarında, küçələrdə keçirilir. Hər komandada adətən altı oyunçu olur və L formasında, hokkey ağacına bənzər taxtadan hazırlanmış əyri formalı alətlərlə oynanılır.

Zapandukua - oyunun ürəyi

Oyunda istifadə olunan top “zapandukua” adlanır. O, pambıq zolaqlardan hazırlanır və kəndir və ya henequen ipi ilə bərkidilir. Bəzi variantlarda zapandukua yanacaqla isladılaraq alışdırılır. Oyunun başlanğıcında hər komandadan iki oyunçu meydanın mərkəzində əllərindəki hokkey ağaclarını üç dəfə bir-birinə vurur və bundan sonra top oyuna daxil edilir.

Oyunun məqsədi və gedişi

Matç zamanı oyunçular topu taxta ilə irəli apararaq rəqib tərəfin son xəttindən keçirməyə çalışırlar. Top xətti keçdikdə bu, “jatsiraku” adlanan xal kimi qəbul olunur. Oyunun müddəti və qalibiyyət şərtləri əvvəlcədən komanda kapitanları tərəfindən razılaşdırılır. Hakimlər qayda pozuntularını izləyir, fiziki güc, topa əllə və ya ayaqla toxunma kimi hallara müdaxilə edirlər.

Təhlükə və fiziki hazırlıq

Bu oyunda iştirak edənlər yanıq riski, tüstü və istilik, yüksək fiziki gərginlik ilə üz-üzə qalırlar. Buna baxmayaraq, oyunçular bunu təhlükə deyil, şərəf və mədəni mirasın qorunması kimi qəbul edirlər. Pelota Purepeça sadəcə xal qazanmaq üçün oynanmır. Bu oyun icma birliyini gücləndirir, nəsillərarası əlaqəni qoruyur və tarixin canlı qalmasına xidmət edir Bir çox oyunçular üçün bu, idman yox, kimlik bəyanatıdır.

Müasir dövrdə Pelota Purepeça

Bu ənənə Kolumbdan əvvəlki dövrdən günümüzə qədər fasiləsiz şəkildə ötürülüb. Bəzi texniki detalları dəyişsə də, oyunun mahiyyəti qorunub. Hazırda Meksikada Pelota Purepeçanı təxminən 800 nəfər aktiv şəkildə oynayır və oyun yerli və milli səviyyəli yarışlarda, o cümlədən Meksika milli olimpiadalarında da təmsil olunur.

Yaşayan mədəni irs

Pelota Purepeça bu gün sadəcə idman növü kimi deyil, Kolumbdan əvvəlki dövrün sivilizasiyasının canlı izi, kosmik düşüncənin və kollektiv yaddaşın qorunmuş forması kimi dəyərləndirilir. O, idmanın yalnız nəticə və qalibiyyət olmadığını, bəzən mədəniyyəti yaşatmaq üçün oynandığını xatırladan nadir oyunlardandır.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər