top
İran yığmasından sərt cavab: “DÇ-dən biz yox, ABŞ kənarlaşdırılmalıdır”
13 mart 2026, 03:57
- +

İran yığmasından sərt cavab: “DÇ-dən biz yox, ABŞ kənarlaşdırılmalıdır”

İran milli komandası ABŞ prezidenti Donald Trampın yığmanın DÇ-2026-da iştirakının “təhlükəsiz və məqsədəuyğun olmadığı” barədə fikirlərinə kəskin etirazını bildirib. İran tərəfi hesab edir ki, turnirdən kənarlaşdırılmalı olan yeganə tərəf iştirakçıların təhlükəsizliyinə zəmanət verə bilməyən ev sahibi ABŞ-dir.

İdman.biz xəbər verir ki, İran yığmasının yaydığı rəsmi bəyanatda dünya çempionatının hər hansı şəxsə və ya ölkəyə deyil, FIFA-ya məxsus beynəlxalq tədbir olduğu vurğulanıb:

“İranın cəsur övladları meydandakı gücü və qətiyyətli qələbələri sayəsində mundiala vəsiqə qazanan ilk komandalardan biri olub. Heç kim İranı turnirdən kənarlaşdıra bilməz. Əgər kimisə kənarlaşdırmaq lazımdırsa, bu, ev sahibi adını daşıyan, lakin qlobal miqyaslı tədbirdə komandaların təhlükəsizliyini təmin edə bilməyən ölkə olmalıdır”.

Keçmiş UFC döyüşçüsü Ceff Monson da ABŞ prezidenti Donald Trampın İran yığmasının DÇ-2026-da iştirakını “uyğun hesab etmədiyi” barədə fikirlərinə münasibət bildirib. Monson ABŞ-nin təhlükəsizlik bəhanəsini gülünc adlandırıb və ölkənin beynəlxalq turnirlərə ev sahibliyi etmək hüququnun əlindən alınmasını tələb edib və təşkilatçı ölkənin bütün iştirakçıların təhlükəsizliyinə zəmanət verməli olduğunu vurğulayıb:

“Bu, tamamilə absurdur. Dünya çempionatı Olimpiya Oyunlarından sonra planetin ən böyük idman hadisəsidir. Seçmə mərhələni keçib burada iştirak hüququ qazanan komandaların təhlükəsizliyinə necə zəmanət verilməyə bilər? Əgər siz təşkilatçısınızsa, oyunçuların, məşqçilərin və hər kəsin təhlükəsizliyini təmin etməyə borclusunuz. Bunu bacarmırsınızsa, deməli, ev sahibliyi hüququnuz əlinizdən alınmalıdır. İdmançılara hörmət və təhlükəsizlik mühiti yarada bilməyən heç bir ölkəyə böyük turnirlər etibar edilməməlidir. Bu, təkcə mənim yox, hər kəsin fikridir”.

Qeyd edək ki, 48 komandanın iştirakı ilə tarixdə ilk dəfə genişləndirilmiş tərkibdə baş tutacaq DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 11:08

Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb

Bütün Xəbərlər
Bu gün, 10:54

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Bütün Xəbərlər
Bu gün, 10:44

Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır

Bütün Xəbərlər
Dünən, 16:33

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 15:13

Leyla Əliyeva: "Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir"

Bütün Xəbərlər
Dünən, 12:55

Sabah yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:51

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:42

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:22

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən iki nəfər həbs edilib

Bütün Xəbərlər
Dünən, 11:29

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Bütün Xəbərlər
Dünən, 09:17

Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək

Bütün Xəbərlər
13 aprel 2026, 17:05

İsrail ordusu ABŞ-nin Hörmüz planlarına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Bütün Xəbərlər
13 aprel 2026, 15:39

Bu gündən rezidenturaya ərizə qəbulu elan edilib

Cəmiyyət
13 aprel 2026, 14:20

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 13:57

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI?

Bütün Xəbərlər
13 aprel 2026, 13:07

Sabah bəzi yerlərdə yağış yağacaq

Bütün Xəbərlər
13 aprel 2026, 11:09

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bütün Xəbərlər
13 aprel 2026, 09:11

Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib

Bütün Xəbərlər
13 aprel 2026, 08:30

Donald Tramp Roma Papası XIV Leonu tənqid edib

Bütün Xəbərlər
11 aprel 2026, 13:42

Bazar gününün havası açıqlanıb

Bütün Xəbərlər
11 aprel 2026, 11:50

İran Hörmüz boğazında yerləşdirdiyi bütün minaları aşkar edə və zərərsizləşdirə bilmir - NYT

Bütün Xəbərlər
11 aprel 2026, 09:52

Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Bütün Xəbərlər
10 aprel 2026, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Oxşar xəbərlər