Məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğlu, 37 yaşlı Sabit Ağayevin ölümü ilə bağlı yeni məlumatlar üzə çıxıb.
YeniSabah.аz xəbər verir ki, Sabit hadisə zamanı evdə tək olub.
Yaxınlarının sözlərinə görə, o, bir müddət əvvəl valideynləri ilə həyat yoldaşı arasında yaranan mübahisələr səbəbindən ailəsini götürüb kirayə evə köçmüş və orada yaşayırmış. Dünən axşam saatlarında Tala kəndinə gələrək intihar etdiyi bildirilir. Hadisə zamanı həyat yoldaşı evdə olmayıb. Onun bir azyaşlı övladı var.
Qohumlarının dediyinə görə, mərhum ailədə iki uşaqdan biri idi, bir bacısı var. Nənəsi isə vaxtilə Tala kənd məktəbində ibtidai sinif müəllimi işləyib.
Digər iddiaya görə, Sabit Ağayevin maddi borcları çox olub və ödəyə bilmədiyi üçün özünə qəsd edib.
Xatırladaq ki, Zaqatalanın Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı evin həyətindəki tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu araşdırma aparır.