Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" növbəti məşqinə çıxıb.
Report.az-ın məlumatına görə, hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Qurban Qurbanovun yetirmələri "Azərsun Arena"da müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.