ABŞ-də prezident seçkisi fonunda "Bitcoin"in dəyəri tarixi maksimumunu yeniləyib.
"Bitcoin"in qiyməti 10%-dən çox artaraq 75 000 dollara çatıb.
Oxu.Az bu barədə "Binance" platformasının məlumatlarına istinadən xəbər verir.
Qeyd edək ki, noyabrın əvvəlindən ilk kriptovalyutanın qiyməti 68-70 min dollar aralığında dəyişir. Noyabrın 1-də aktiv bir ara 71 min dollara qədər bahalaşmışdı, amma sonra yenə 68 min dollara qayıtmışdı.