Azərbaycandan Rusiyaya 612 min ədəd olmaqla ərzaq yumurtasının daha iki partiyası ixrac edilib. Ümumilikdə yanvarın 25-nə Rusiya Federasiyası Azərbaycandan 4,2 milyon ədəd yumurta alıb.
Bu barədə 26 yanvar tarixində APA “Rosselxoznadzor”a istinadən məlumat verib.
“Yanvarın 25-də Rusiyaya Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində iki partiya ərzaq yumurtası gətirilib. Yanvarın 25-dək Azərbaycandan Rusiyaya 4,2 milyon ədəd yumurta idxal edilib”, - məlumatda deyilir.