Azərbaycanda əmək bazarının yeni çağırışlara uyğun davamlı inkişafına yönələn islahatlar, vətəndaşların məşğulluq imkanlarının artırılması və onların əmək və sosial hüquqlarının qorunması üçün mexanizmlərin gücləndirilməsinə şərait yaradıb.
İnsanoid.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu islahatlar ölkənin beynəlxalq reytinqlərdə əmək bazarı üzrə göstəricilərinin daha da yaxşılaşmasına imkan verib.
Əmək qanunvericiliyində bərabər yanaşmanın təmin olunması, ayrı-seçkiliyə yol verilməməsi, uşaq əməyinin istismarına və məcburi əməyə qarşı mübarizə, məzuniyyət hüququndan tam istifadə, minimum əməkhaqqından az haqq ödənilməməsi, əməyin mühafizəsi və təhlükəsizlik kimi vacib müddəalar təsbit edilib.
Gender bərabərliyinin təmin edilməsi də əmək qanunvericiliyində mühüm yer tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun təşəbbüsü ilə qadınların əmək bazarındakı iştirakını artırmaq üçün qanunvericilikdə qabaqcıl dünya təcrübəsinə uyğun dəyişikliklər edilib.
Əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əks olunan vacib məsələlər barədə daha ətraflı məlumatı [buradan](https://sosial.gov.az/faydali/aciq-melumatlar/biznes-reytinqler-baximindan-emek-munasibetleri-ve-mesgulluga-dair-qanunvericilikde-vacib-meseleler) əldə etmək mümkündür.