Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib. Bu barədə 16 iyul tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.
Bununla belə, büdcəyə proqnozdan əlavə, 1 milyard 53,4 milyon manat vəsait daxil olub.
6 aylıq vergi daxilolmalarının 5 milyard 874,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13% çoxdur.