“The Coca-Cola” şirkəti aprel ayında Rospatent-ə ticarət nişanının qeydiyyatı üçün üç ərizə təqdim edib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
Təqdim olunan ərizə “Coca-Cola”, “Sprite” və “Fanta” brendlərinin yenidən qeydiyyatdan keçirilməsi ilə bağlıdır.
2022-ci ildə Rusiyanı tərk edən Amerika sərinləşdirici içki istehsalçısı Ukraynada xüsusi hərbi əməliyyata başlaması səbəbindən bazarı tamamilə tərk etməklə bağlı qərar qəbul etmişdi.