İyulun 26-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Günay Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək. Bu barədə Report 12 iyul tarixində xəbər verir.
Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib ki, söhbət 76 əmlakdan (keys, printer, seyf, notbuk, monitor, oturacaq, rəf, masa, kreslo, telefon, klaviatura, ventilyator, UPS) gedir. Əmlaklara ümumilikdə 11 461 manat qiymət qoyulub.