Bakının Səbail rayonu, Nizami küçəsi 90A ünvanında yerləşən, 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi hərracda satışa çıxarılıb.
İnsanoid.com-un məlumatına görə, bu barədə herrac.gov.az saytında məlumat dərc olunub.
Açıq auksion formatında elektron qaydada həyata keçiriləcək hərrac dekabrın 22-də saat 18:41-də başlayacaq.
32654 kvadratmetrlik qeyri-yaşayış binasının başlanğıc qiyməti 120 milyon manat olaraq müəyyənləşdirilib. Hərracda iştirak etmək üçün tələb olunan beh 6 milyon manatdır.
[gallery size="full" ids="208032,208031,208030,208029"]