Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti (İH) uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi barədə qərar qəbul edib. Bu barədə 31 yanvar tarixində AMB məlumat yayıb.
Faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25 %-ə, yuxarı həddi isə 9%-dən 8,75%-ə endirilib.
Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də açıqlanacaq.