"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. Bu barədə 29 yanvar tarixində Report məlumat verib.
"PAŞA Bank Gürcüstan"ın səhmlərinin 92%-nə nəzarət edən "PAŞA Bank" payını 85,1%-ə endirib, əvəzində səhmlərin 8%-nin sahibi olan "PAŞA Holdinq" MMC-nin payını 14,9%-ə qaldırıb.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb.