Bu il fevralın 1-nə Azərbaycanda 1 522 750 vergi ödəyicisi qeydiyyatda olub. Bu barədə 8 fevral tarixində Dövlət Vergi Xidməti məlumat yayıb.
Bunun 87,3%-ni fiziki şəxslər, 12,7%-ni hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.
Ötən il fevralın 1-nə nisbətən vergi ödəyicilərinin ümumi sayı 8%, o cümlədən fiziki şəxslərin də sayı 8% (ümumi artımın 86,7%-i), hüquqi şəxslərin sayı isə 8,4% (ümumi artımın 13,3%-i) artıb.