Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Nicat Əsgərov (ad şərtidir) 2007-ci ildə Yevlax şəhərində doğulub. Həyat yoldaşı Aysel Əsgərova (ad şərtidir) ondan küsərək anası evinə gedib. Arvadının bu hərəkətindən əsəbiləşən Nicat qayınanasıgilə gedib. Həyat yoldaşını evə aparmaq istəyəndə qadının dayısı Əli Seyidov (ad şərtidir) buna icazə verməyib. Aralarında yaranmış mübahisə zamanı Nicat arvadının dayısı Əli Seyidovu bıçaqlayıb.