Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
Apa.az xəbər verir ki, 7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Azyaşlının atası Rəşad Bəşirov hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirib: “Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər”.
Rəşad Bəşirov qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.
Faktla bağlı araşdırma aparılır.