top
BAZARDA DƏHŞƏT: Əmisi qızının boğazını kəsənə 14 İL HƏBS
22 aprel 2025, 03:33
- +

BAZARDA DƏHŞƏT: Əmisi qızının boğazını kəsənə 14 İL HƏBS


Bərdədə oğlan əmisi qızını öldürmək istəyib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Səbuhi 1991-ci ildə Bərdə rayonunda doğulub. O, əmisi qızı, zərərçəkmiş Zəminənin həyat yoldaşından ayrılma qərarını eşidərkən əsəbiləşib.

Hadisə günü Zəminə köhnə Bərdə bazarı adlanan ərazidə Səbuhini görüb. Ona ərindən polisə şikayət edəcəyini, öz həyatını istədiyi kimi yaşayacağını deyib. Səbuhi bunu ailəsi və qohumlar arasında biabırçı hadisə olduğunu düşünərək onu öldürmək qərarına gəlib. Cinayəti həyata keçirmək və heç kimin görməməsi üçün Zəminəyə mağazaların arxasına getməsini deyib. Özü bıçaq götürdükdən sonra həmin yerə gedib.

Zəminədən yüngül həyat tərzi keçirməyə son qoymasını tələb edib. Buna baxmayaraq sonuncunun ona saymazlıq göstərməsindən hiddətlənərək əlindəki bıçaqla 3 dəfə qadının boğazını kəsib. Sonra isə onun öldüyünü düşünərək hadisə yerindən qaçıb.

Səbuhi Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilib.

“Öz həyatımı yaşayıram dedikdə boğazını kəsdim…”

Məhkəmədə təqsirləndirilən Səbuhi cinayət üzrə özünü təqsirli bilib:

“Mənə polisə gedib şikayət etdiyini deyəndə əsəbiləşdim. Niyə təkbaşına şöbəyə getdiyini, keçirtdiyi həyat tərzinin ailəsinə, qohumlarımızın adına yaraşmadığını dedim. Çünki Zəminə iki dəfə ailə qurmuşdu. Zəminə öz həyatımı yaşayıram dedikdə əsəbiləşib əlimdəki bıçaqla onun boğazını kəsdim. Əməlimdən peşmanam”.

“Bünyad 3-cü ərim idi, boşanırdım…”

Daha sonra məhkəmədə zərərçəkmiş Zəminə məhkəmədə ifadə verib:

“Bünyad mənim 3-cü ərimdi. O, evdəki qızıllarımı götürüb, sevgilisi ilə qaçdı. Hadisə günü Səbuhiyə yaxınlaşıb ailədə olan problemləri danışdım. O da mənə həyat tərzimin doğru olmadığını, ailəmin başını aşağı saldığımı bildirdi. Saçımdan tutub boğazımı kəsdi. Yerə yıxıldım, yenə xəsarət yetirdi”.

Məhkəmənin qərarı ilə Səbuhi 14 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar


Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər